Karyera

Karyeranın inkişafı

KENAN həm ali məktəb məzunları, həm də təcrübəli peşəkarlar üçün karyera imkanı yaradır. Sizin öz karyeranıza yenicə başlamağınızdan, yaxud karyeranızı inkişaf etmək istəyinizdən asılı olmayaraq, Ərizə Formasını dolduraraq bizim ünvanımıza göndərməyinizi təklif edirik: hr@kenan.az hr@kenan.az

Təlimatlandırma

KENAN İnşaat və Ticarət Birgə Müəssisəsi tikinti sahəsində ən yüksək təlimatlanma səviyyəsinə malik şirkətdir. Biz bilirik ki, layihələrimizin uğuru əməkdaşlarımızın müvəffəqiyyəti ilə ölçülür, buna görə də biz, əməkdaşlarımızın peşəkar və texniki inkişafına xüsusi diqqət yetiririk. Bundan əlavə, KENAN mühəndislik, təhlükəsizlik və tikinti sahələrində təlimatlandırma kursları üçün proqram işləyib hazırlayıb. Bu kurslar bizim təlimatlandırma proqramımızın əsasını təşkil edir və gələcək uğurlar üçün zəmin yaradır. Kurslar planlaşdırma, sorğu və müşahidə istiqamətlərində aparılır.

Təcrübə proqramı

Bizim təcrübə proqramımız tələbələrə, cari layihələr üzərində işləməklə təcrübə qazanmaq imkanı yaradır. KENAN BM-də təcrübə keçilməsi, tələbələrin maraq dairəsindən və şirkətin imkanlarından / tələbatlarından asılı olaraq, müxtəlif sahələrdə çalışmaq üçün şərait yaradır. Vəzifələrə, əsasən, materialların müşahidəsi, miqdarının izlənməsi, dəyişikliklər haqqında ərizələrin nəzərdən keçirilməsi, qrafiklərin yenilənməsi və s. kimi ilkin mühəndislik öhdəlikləri aiddir. KENAN BM-də təcrübə keçmiş tələbələrin əksəriyyəti məzun olduqdan sonra işləmək üçün KENAN Construction sirkətində tam ştata götürülür.

Peşəkar Sertifikatlaşdırma və ya Qeydiyyat

Biz öz əməkdaşlarımızı, öz karyera tələbatlarına müvafiq qaydada, peşəkar sertifikatlaşdırma və lisenziyalaşdırma prosesindən keçməyə sövq edirik. Tam ştata qəbul olunan əməkdaşların öz vəzifə öhdəlikləri ilə əlaqədar Peşəkar Sertifikatlaşdırma və Qeydiyyat prosesinə çəkdikləri xərclər kompensasiya edilir.

Öz tərcümeyi-hal və ərizə formalarınızı bu ünvana göndərin: hr@kenan.az