Bizim Şirkətin apardığı Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik (ƏMTT) Siyasəti öz işçilərini sağlam və təhlükəsiz iş ıəraiti ilə təmin etməyə imkan yaradır. KƏNAN şirkəti aşağıdakılara yönəlmiş ƏMTT üzrə Siyasət keçirəcəyini bəyan edir və öz ohdəçiliyinə götürür ki:
- Azərbaycan Respublikasının Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası ilə əlaqəli Qanunvericiliyə və OHSAS 18001:2007 Beynəlxalq Standartına uyğun iş aparacaq və bu sahədə daim inkişaf edəcək
- İşçilərin təhlükəsiz və sağlam iş şəraitilə təmin edilməsi üçün bütün mümkün tədbirləri görəcək
- Şirkətin Siyasət və prosedurlarını işçilərə və podratçılara çatdıracaq
- Şirkətin bütün işçiləri əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə prosedurlara, təlimatlara və qüvvədə olan qanunvericiliyə riayət edəcək
- Şirkətin istehsalat sahələrində olan, yaxud iş icra edən podratçılar şirkətin ƏMTT üzrə Siyasətini və prosedurlarını yerinə yetirəcəklər
- Şirkət oz işçilərini treninqlərlə və bütün lazımi təhlükəsizlik texnikası vasitələrilə təmin edəcək
- İşçiləri aşkar olunmuş risklərlə, təhlükələrlə və onların idarə olunması üsulları ilə tanış etmək məqsədilə iclaslar keçirəcək
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə siyasət və prosedurların daim inkişaf etdirəcək və təkmilləşdirəcək
- Əmək şəraitinin və əməyin mühafizəsi və təhlükəsizlik texnikasının göstəricilərini daim yaxşılaşdıracaq
Bu Siyasətin həyata keçməsinin təmin edilməsi ƏMTT üzrə Rəhbərliyin Nümayəndəsinin üzərinə düşür.
Şirkətimizin apardığı Ətraf Mühitin Mühafizəsi (ƏMM) Siyasəti ətraf mühitə ziyan vurmadan fəaliyyət göstərməyə imkan yaradır.
KƏNAN şirkəti aşağıdakılara yönəlmiş ƏMM Siyasətini keçirəcəyini bəyan edir və öz ohdəçiliyinə götürür ki:
- Azərbaycan Respublikasının Ətraf Mügitin Mühafizəsilə əlaqəli Qanunvericiliyə uyğun iş aparacaq və bu sahədə daim inkişaf edəcək
- Şirkətin bu sahədə Siyasət və Prosedurlarını işçilərin və podratçıların nəzərinə çatdlracaq
- Hər bir işçi və podratçı prosedurlara, təlimatlara və qüvvədə olan ətraf mühitim mühafizəsilə bağlı qanunvericiliyə riayət edəcək
- Yeni layihələri həyata keçirərkən ətraf mühitə dəyən ziyanı minimuma endirəcək
- Enerji resurslarından istifadəni minimuma endirmək üçün su, elektrik enerjisi, kağız və digər ağac məhsullarından məsuliyyətlə və rasional şəkildə istifadə edəcək
- Ətraf mühitin mühafizəsi məqsədilə lazımi əmtəə və xidmətləri əldə edəcək
- Nəqliyyat vasitələrinin ətraf mühitə göstərdiyi təsiri minimuma endirəcək
- KƏNAN şirkətinin fəaliyyətinin ekologiyaya olan təsiri haqqında işçiləri məlumatlandıracaq
- Tullantılrın yenidən istifadəsi üçün emalını həyata keçirəcək
Bu siyasətin effektivliyini müəyyən etmək üçün şirkətin ekologiya ilı bağlı gördüyü işlərin vaxtaşırı auditini və qiymətləndirməsini həyata keçirəcək. ƏMM Siyasəti illik nəzərdən keçirməyə məruz qalacaq və işçi heyətinin və digər maraqlı tərəflərin nəzərinə çatdırılacaq.