Apardığımız Keyfiyyət Siyasəti müştərilərimizdə bizə qarşı böyük etimad və xidmətlərimizdən istifadə etməkdən məmnunluq hissi yaradır. KƏNAN şirkəti aşağıdakılara yönəlmiş Keyfiyyət Siyasəti keçirəcəyini bəyan edir və öz ohdəçiliyinə götürür ki:

- Azərbaycan Respublikasının Keyfiyyətlə əlaqəli Qanunvericiliyə və İSO 9001:2008 Beynəlxalq Keyfiyyəti İdarəetmə Standartına uyğun iş aparacaq və bu sahədə daim inkişaf edəcək
- Bağlanmış müqavilələrə uyğun olaraq, kefiyyətli xidmət göstərməklə müştərilərin ehtiyac və tələblərini odəyəcək və bununla onların yüksək etimadını qazanacaq
- Keyfiyyəti İdarəetmə Sistemi tərəfindən şirkətin hər bir fəaliyyət növünə qoyulan tələbləri yerinə yetirəcək
- Komanda işində harmoniya, effektivlik və yaradıcılıq mühiti yaradacaq
- Təchizatçılarla və podratçılarla əməkdaşlıq edərək qarşılıqlı faydalı əlaqələri daim yaxşılaşdıracaq
- Təlim vasitəsilə öz səriştəmizi və keyfiyyət anlamımızı təkmilləşdirəcəyik
- Keyfiyyəti İdarəetmə Sisteminin səmərəliliyini daim artıracaq
- Şirkətin Hədəf və Məqsədlərinin işlənib hazırlanması, tərtibi və vaxtaşırı analizi üçün əsas yaradacaq
- KƏNAN -ın Keyfiyyət sahəsində keçirdiyi Siyasət öz inkişafını və dəstəyini qarşıda qoyulan məqsədlərə çatmaq üçün işçilərin bütün mərhələlərdə təlimləndirilməsindən və proseslərə cəlb edilməsindən, Keyfiyyəti Idarəetmə Sisteminin mexanizmlərinin tətbiq edilməsindən və müəssisənin bütün mərhələlərində keçirilən auditor yoxlamalardan alır. Müəssisəmizin uzunmüddətli strategiyası gələcəkdə kieyfiyyəti idarəetmə sisteminin yaxşılaşmasına yönəlmiş düzəldici və önləyici fəaliyyətə uyğun göstərilən xidmətin keyfiyyətinin qorunub saxlanması və daimi yaxşılaşdırılmasıdır.
Bu, qarşıya qoyulan məqsədlərə çatmaqla tikinti sahəsində xidmət göstərən lider şöhrətini qazanmağa imkan yaradır. Bu siyasətin həyata keçməsinin təmin edilməsi Keyfiyyət üzrə Rəhbərliyin Nümayəndəsinin üzərinə düşür.
