Şirkətimizin fəaliyyət sahəsi layihə işlərinin tam kompleksini əhatə edir ki, buraya memarlıq konsepsiyasının və layihəöncəsi həllərin işlənib hazırlanmasından istənilən mürəkkəbliyə malik daşınmaz obyektlərin tam şəkildə layihələndirilməsinə qədər işlər daxildir.
Şirkətimizin fəaliyyət sahəsi layihə işlərinin tam kompleksini əhatə edir ki, buraya memarlıq konsepsiyasının və layihəöncəsi həllərin işlənib hazırlanmasından istənilən mürəkkəbliyə malik daşınmaz obyektlərin tam şəkildə layihələndirilməsinə qədər işlər daxildir. Şirkətin layihəçiləri böyük təcrübəyə malikdirlər. Şöbədə bütün hesablama və layihə işləri avtomatlaşdırılmışdır ki, bu da materialların daha səmərəli istifadəsi ilə binanın daşıyıcı konstruksiyalarını layihələndirməyə imkan verir. Bütün bunlar inşaat konstruksiyalarının maya dəyərinin aşağı düşməsini, iş keyfiyyətinin artırılmasını və tikinti müddətinin azaldılmasını təmin edir.
Sənaye tikintisinin intensiv inkişafı ilə əlaqədar olaraq hazırda sənaye layihələndirməsi ilə əlaqədar xidmət bazarı sürətlə inkişaf edir.

KƏNAN müxtəlif təyinatlı sənaye obyektlərinin layihələndirilməsi üzrə tam xidmət kompleksini təklif edir. Sənaye layihələndirməsində yerinə yetirilən layihə işlərinin dəqiqliyinə və keyfiyyətinə dair xüsusi tələblər müəyyən edilir. Layihənin həyata keçirilməsində problemlərə səbəb ola biləcək heç bir səhvə yol verilməməlidir.
Layihə tələblərə, СНИП, ГОСТ təlimatlarına və sair normativlərə cavab verməlidir. Bundan başqa, hazırda təkcə layihə işlərinin keyfiyyətlə yerinə yetirilməsi deyil, həmçinin sürətlə yerinə yetirilməsi də əhəmiyyətli sayılır. Sənaye obyektlərinin lazımi şəkildə layihələndirilməsi inşaat işlərinin sürətlə və keyfiyyətlə yerinə yetirilməsi ilə nəticələnir ki, bu da şirkətin rəqabət qabiliyyətini və gəlirliliyini artırır.

Şirkətin mütəxəssisləri sənaye və kommersiya təyinatlı obyektlərin tikilməsi üçün layihə-konstruktor işlərinin tam çeşidini yerinə yetirirlər. Çıxış-icazə sənədlərinin hazırlanması və layihə sənədlərinin nəzarət orqanlarında razılaşdırılması üzrə əldə edilmiş böyük təcrübə bu prosesin əhəmiyyətli dərəcədə sürətləndirilməsinə və optimallaşdırılmasına imkan verir.
Sənaye obyektlərinin layihələndirilməsi ilə əlaqədar işlərin yerinə yetirilməsində sifarişçilər fərdi yanaşmaya, yüksək keyfiyyətə və işlərin məhdud vaxt müddətində yerinə yetirilməsinə nail olurlar.
İstehsalat və anbar təyinatlı sənaye obyektlərinin tikilməsində istifadə olunan sürətli tikilən binalar sistemi panel və çərçivə-panel tipli konstruksiyaların məcmusundan ibarətdir ki, bunlar da «elementdən binaya qədər» prinsipi ilə obyektlər yaratmağa imkan verir. Bütün investisiya prosesi, yəni, işlənib hazırlanma, layihələndirmə, hazırlama, tikinti bir neçə ay davam edir.
Sənaye obyektlərinin tikilməsində layihələndirmə və sənaye tikintisi proseslərinin kombinasiyasından istifadə olunur. Burada hazırlıq işləri və konstruksiyaların zavod şəraitində hazırlanması bütün layihənin yekun işlənib hazırlanmasına qədər tamamlanır.
