Topoqrafik-geodeziya işləri topoqrafik xəritə və planların hazırlanması məqsədilə həyata keçirilən ayrıca iş növü kimi, həmçinin mühəndis-geodeziya axtarışlarının əsas tərkib hissəsi hesab edilə bilər.
Mühəndis axtarış (kəşfiyyat) işləri – layihələndirmə və inşaat işlərinin yerinə yetirilməsi prosesində texniki baxımdan düzgün, iqtisadi baxımdan məqsədyönlü olan qərarların qəbul edilməsini təmin edən zəruri ilkin məlumatların əldə edilməsi məqsədilə inşaat üçün nəzərdə tutulan sahədə təbii şəraitin kompleks öyrnilməsidir.
Mühəndis-geodeziya axtarışları topoqrafik-geodeziya materiallarının, situasiyaya və ərazinin relyefinə, həmçinin mövcud bina və tikililərə (yerüstü və yeraltı), eləcə də digər planlaşdırma elementlərinə dair göstəricilərin əldə edilməsini təmin edir. Mühəndis-geodeziya axtarışlarının nəticələrinə əsasən əldə edilən material və göstəricilər inşaatçılar və layihəçilər tərəfindən çox vaxt geoloji əsas adlandırılır.
Geoloji əsas – tikinti sahəsi üzrə müxtəlif miqyaslı topoqrafik planların məcmusudur ki, bunlar da müxtəlif layihə sənədlərinin (baş plan, planlaşdırma və yenidənqurma layihəsi, texniki layihə, işçi çertyojlar və s.) işlənib hazırlanması üçün əsas rolunu oynayır. Bir qayda olaraq, topoqrafik-geodeziya işləri üç mərhələdə həyata keçirilir:
Hazırlıq mərhələsində aşağıdakı işlər yerinə yetirilir:
- Тexniki tapşırığın alınması və müqavilə sənədlərinin hazırlanması
- Daha əvvəl yerinə yetirilmiş geodeziya işlərinə (çəkiliş torları, topoqrafik çəkilişlər və s.) dair materialların toplanılması və analizi
- Topoqrafik-geodeziya işləri üzrə proqramın Sifarişçi tərəfindən verilmiş texniki tapşırığının şərtlərinə uyğun şəkildə hazırlanması
- Topoqrafik-geodeziya işlərinin yerinə yetirilməsinin qeydiyyatı (icazələrin əldə edilməsi)
Sahə mərhələsində aşağıdakı işlər yerinə yetirilir:
- Ərazinin kəşfiyyat yoxlanışı
- Kompleks sahə işləri: dayaq geodeziya torlarının, həmçinin xüsusi təyinatlı geodeziya torlarının yaradılması (inkişaf etdirilməsi); plan-hündürlük tipli çəkiliş torlarının yaradılması; topoqrafik çəkiliş, o cümlədən yeraltı və yerüstü tikililərin çəkilişi; Əldə edilmiş material və göstəricilərin keyfiyyətinə nəzarətin, bütövlüyünyn və dəqiqliyinin təmin edilməsi üçün ilkin emal üzrə zəruri hesablamaların və digər işlərin yerinə yetirilməsi
Ofis mərhələdə aşağıdakı işlər yerinə yetirilir:
- Topoqrafik planların tərtib edilməsi (yenilənməsi) – əldə edilmiş nəticələrin qiymətləndirilməsi ilə sahə materiallarının və göstəricilərin yekun emalı
- Topoqrafik planlarda göstərilmiş kəmərlərin (elektrik ötürücü xətlərin, rabitə xətlərinin, magistral boru kəmərlərinin və s.) (əgər varsa) obyektlərə nəzarət edən təşkilatlarla razılaşdırılması; ehtiyac olarsa, topoqrafik planlarda dəyişiklik edilməsi
- Yerinə yetirilmiş topoqrafik-geodeziya işlərinin nəticələrinə əsasən texniki hesabatın və zəruri əlavələrin hazırlanması və mühəndis-topoqrafik planların əsli ilə birlikdə Sifarişçiyə təqdim edilməsi (qrafik və rəqəmsal formada)