Binaların yenidən qurulması (rekonstruksiyası) dedikdə, binanın texniki-iqtisadi göstəricilərinin dəyişdirilməsi ilə həyata keçirilən inşaat işləri nəzərdə tutulur.
Bu işlərə aşağıdakılar daxildir:
- Obyektin yenidən təşkil olunması
- Qabaritlərin texniki göstəricilərinin dəyişdirilməsi
- Əsaslı yan tikililər, inşaat, üst tikililər
- Daşıyıcı konstruksiyaların möhkəmləndirilməsi və sökülməsi
- Eyvan tipli çardaq bölməsinin təchiz edilməsi
- Kəmərlərin və mühəndis sistemlərinin yenidən qurulması və tikilməsi
Binaların tikilməsində evlərin tam və ya qismən boşaldılması, sakinlərin, təşkilatların köçürülməsi və s. nəzərdə tutulur.
Obyektin yenidən qurulmasının səbəbi adətən onun fiziki və mənəvi köhnəlməsi ilə əlaqədar olur. Fiziki köhnəlmə konstruksiyanın uzunmüddətli istismar müddətində möhkəmlik xüsusiyyətlərinin zəifləməsi, həmçinin binanın və ya obyektin istismar keyfiyyətlərinin müasir normalara cavab verməməsi ilə şərtləndirilir.
Obyektin uğursuz şəkildə yenidən qurulması onun konstruksiyasına ziyan vura bilər. Podratçı firmanın seçilməsinə ciddi yanaşmaq lazımdır. Heç də hər inşaat şirkəti obyektin kompleks şəkildə yenidən qurulmasını keyfiyyətlə yerinə yetirə bilmir. Yenidənqurma və tikinti ciddi layihə işi ilə başlanır və buna görə də, layihəçidən yüksək peşəkarlıq və böyük təcrübə tələb edir.
Bizim şirkətin mütəxəssisləri binaların konstruksiyalarının layihələrini işləyib hazırlayırlarğ. Buraya daşıyıcı konstruksiyaların və texniki avadanlıqların parametrlərində düzəliş edilməsi ilə funksional təyinatın dəyişdirilməsi, üst tikililər, istənilən ölçüdə genişləndirmə və ya dəyişiklik və sa sair işlər daxildir.
Obyektin yenidən qurulmasının ilkin mərhələsində mövcud binaların və tikililərin texniki vəziyyətini və problemli sahələri müəyyənləşdirmək üçün şirkətin müxtəxəssisləri tərəfindən müayinə və monitorinq işləri həyata keçirilir.
Konstruktiv həll yollarının işlənib hazırlanması
Konstruktiv həllərin inkişafı, müştəriyə öz düşüncələrini reallaşdırmaqda və layihə çərçivəsində yüksək optimallıq səviyyəsinə nail olmaqda kömək edən bir sıra xidmət növlərinin həyata keçirilməsini nəzərdə tutur.