Kadrlar siyasətinin əsas məqsədləri:
- Şirkət əməkdaşlarının birgə səyi nəticəsində effektiv sistemin yaradılması
- Şirkətdə daxili nizam-intizam qaydalarına riayət olunması
- Işlərin icra səviyyəsinin yüksəldilməsi
- Işlərin icrasına görə məsuliyyət daşıyan əməkdaşın işinə xüsusi diqqət yetirilməsi
- Sistemin öyrənilməsi və inkişaf etdirilməsi
- Mütəxəssislərin və rəhbərliyinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi
- Şirkətin effektivliyinin və korporativ mədəniyyətin yüksəldilməsi
Biz öz fəaliyyətimizdə:
- Əməkdaşın şəxsiyyətinə hörmətlə yanaşırıq
- Bütün məsələləri açıq şəkildə müzakirə edirik və qarşılıqlı fikir mübadiləsi aparırıq
- Şirkətin mənafeyi çərçivəsində əməkdaşların təlimatlandırılması ilə əlaqədar təşəbbüs göstəririk
- Hər bir əməkdaşın səyini müvafiq səviyyədə qiymətləndiririk
Yuxarıda göstərilən amillərə müvafiq olaraq, biz aşağıdakı nəticələrə gəlirik:
Təşkilatın əksər əməkdaşları öz işində məsuliyyətli, dostpərvər, yüksək peşəkarlıq səviyyəsinə malik əməkdaşlardır və bu xüsusiyyətlər onların öz fəaliyyətində yüksək nəticələrə əldə etməsinə şərait yaradır. Təşkilatın müvəffəqiyyəti, əməkdaşların uğurlu fəaliyyəti sayəsində əldə olunur. Təşkilatın uğurlu inkişafı, yüksək peşəkarlıq səviyyəsinə malik əməkdaşların fəaliyyətindən asılıdır. Birgə əməkdaşlıq və tərəfdaşlıq uğurun açarıdır.