– 1996-cü ildə yaradılmış və dinamik şəkildə inkişaf edən və inşaat-memarlıq sahəsində fəaliyyət göstərən şirkətdir.
KƏNAN şirkəti aşağıdakı kompleks xidmətlər göstərir: İnzibati, mülki və sənaye obyektlərinin tikintisi, Topoqrafik, mühəndis-geoloji axtarış işləri, Təmir-bərpa işləri və Konstruktiv həll yollarının işlənib hazırlanması.
Çoxillik təcrübə, peşə biliklərinin daim təkmilləşdirilməsi və sonsuz təxəyyül gücü bizim təkrarolunmaz, parlaq və yaddaqalan işlər görməyimizə imkan verir. Bizim komanda bir-biri ilə həmfikir olan mütəxəssislərdən ibarətdir ki, onlar da qeyri-standart problemlərin həllində təcrübəyə malikdirlər. Bizlərdən hər birimiz öz işini sevir və ən mükəmməl nəticələr əldə etməyə can ataraq yeni biliklərdən və qabaqcıl texnologiyalardan istifadə etməyə çalışır.
Qarşıda duran vəzifələr üçün daha optimal həll yollarının təklif edilməsindən ibarətdir ki, bunlar da təkcə mövcud fəaliyyət növlərinin effektivliyinin artırılması ilə deyil, həmçinin daimi və potensial müştərilərin işgüzar maraqlarının daha geniş dairəsini əhatə etməklə istehlakçıların tələblərinə tam cavab verməlidir. Biz ən yaxşı inşaat şirkətlərindən biri olmağa və inşaat biznesinə yüksək texnoloji yanaşma nümayiş etdirməklə, lider adı qazanmağa can atırıq.
KƏNAN həm yerli, həm də beynəlxalq miqyasda özü haqda müsbət rəy yaratmışdır. Xidmətləri keyfiyyətlə və vaxtında yerinə yetirməklə, KƏNAN təkcə Azərbaycanda deyil, həmçinin Gürcüstanda, Orta Asiyada, İsveçrədə, Rusiyada, İsveçdə və Estoniyada etibarlı və vicdanlı tərəfdaş kimi tanınmışdır.